Bakı Kommersiya Məhkəməsində iddiaçı “Azerfon” MMC-nin cavabdeh “Easypay” MMC-yə qarşı cərimənin tutulması tələbinə dair iddiası üzrə mülki işə baxılıb.
E-huquq.az xəbər verir ki, iddiaçı “Azerfon” MMC cavabdeh cavabdeh "Easypay MMC-dən 100 min manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "Azerfon" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Məhkəmə verilən iddianı təmin edib və cavabdeh “Easypay” MMC-dən 100.000 manat məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Azerfon” MMC-nin xeyrinə tutulması haqqında qərar qəbul edib.
