Məzmuna keç

Məhkəmə “Bakcell”i cərimələdi

Bakı Apellyasiya Məhkəməsində cərimələnən “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində cərimələnən “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Bakcell”in apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Bakcell” MMC 1500 manat məbləğində cərimə edilib. Nəsimi Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 462-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsi ilə təqsirli bilib.

Məhkəmə qərarından narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.