Azərbaycanda yeni rüsum tətbiq olunacaq


  • 11:28

Hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə aldıqdan sonra Avtonom nəqliyyat vasitəsinin operator qismində fəaliyyət göstərə bilər.

E-huquq.az xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında”qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə görə, fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə veriləcək. Operator bu müddətin bitməsinə 30 (otuz) gün qalanadək yeni şəhadətnamənin alınması üçün bu Qanunun 15-1-ci maddəsinə uyğun olaraq yenidən müraciət etməlidir.

Bundan əlavə, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə dövlət rüsumunun məbləği bəlli olub.

Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu tutulacaq.

Oxşar xəbərlər