Cinayət mühakimə icraatında həbs qoyulan əmlaka dair qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək


  • 11:48

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslə bağlı prosedur müəyyənləşir, üzərinə həbs qoyulan əmlakla əlaqədar qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə əlavə edilməsi təklif olunan yeni - 99-1-ci maddədə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər