Məzmuna keç

Milli standartlaşdırma proqramı hazırlanacaq

Azərbaycanda bu il milli standartlaşdırma proqramı hazırlanaraq təsdiqlənəcək

Azərbaycanda bu il milli standartlaşdırma proqramı hazırlanaraq təsdiqlənəcək.

E-huquq.az-ın məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin “Standartlaşdırma haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 5 ay müddətində milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Mənbə: APA