Məzmuna keç

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilir

Milli Məclis “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliyi müzakirə edəcək.

E-huquq.az-ın məlumatına görə, dəyişikliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək.

Belə ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)- TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.