Məzmuna keç

Dünyanın ən yaxşı pendiri bəlli oldu

Fransanın şərqində, Jura dağlarında iki il ərzində yetişdirilən “Comté” pendiri İspaniyada keçirilən 2026-cı il Dünya Pendir Mükafatlarında dünyanın ən yaxşı pendiri seçilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, müsabiqədə 45 ölkədən 5 330 pendir iştirak edib. Münsiflər heyəti məhsulları dadı, qoxusu, görünüşü və teksturasına görə qiymətləndirib.

Birinciliyi 24 ay yetişdirilmiş, fındıq ətrini xatırladan zəngin dadı və ovulan teksturası ilə seçilən “Comté” pendiri qazanıb. Finalda Fransa və İsveçrədən olan digər pendirlərlə eyni – 81 bal toplasa da, münsiflərin qiymətləndirməsindəki fərq sayəsində qalib olub.

İnək südündən hazırlanan pendir Fransanın Franş-Konte bölgəsində, ənənəvi ailə şirkəti “JuraFlore” tərəfindən istehsal edilir və “Fort des Rousses” zirzəmisində yetişdirilir.

Şəbnəm Mehdizadə