Məzmuna keç

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu dəyişdi

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Həmçinin Prezidentin digər Sərəncamı ilə Qoşqar Aslan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.