- 13:41
Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.
Qeyd edək ki, X.Fərhadov 2021-ci il iyulun 16-da vəzifəyə təyinat almışdı. O, Prezidentin bugünkü sərəncamı ilə Azərbaycanın Malayziyada səfiri təyin edilib.