Məzmuna keç

Prezident “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramını təsdiqləyib

Prezident “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramını təsdiqləyib

Prezident İlham Əliyev “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

E-huquq.az-ın məlumatına görə, fərmanla Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq, beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Aviasiya haqqında” yeni qanun layihəsini hazırlamaq, “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.4. həmin Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.5. həmin Qaydanın 9.2-ci bəndində nəzərdə tutulmuş aviasiya hadisələrinin araşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.5. həmin Qaydanın 9.2-ci bəndində nəzərdə tutulmuş aviasiya hadisələrinin araşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.6. həmin Qaydanın 10.2-ci bəndində nəzərdə tutulmuş müfəttiş heyətinin peşəkar hazırlığının təşkili və onların ixtisaslarının artırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.7. “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 10.1.1-ci yarımbəndinə uyğun olaraq, hava gəmilərinin qeydiyyatı qaydasını, habelə mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsün;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsün;

4.2. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.