Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi müqaviləsini təsdiqlədi


  • 12 İyun 2021 19:14

Prezident İlham Əliyev iyunun 12-də “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2021-ci il aprelin 6-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 60 Günəş Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Oxşar xəbərlər