"Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi" təsdiqlənib.
E-huquq.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla həmçinin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli Qərarı ləğv olunub.
