Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI


  • 26 Yanvar 2023 14:10

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncam Milli Aviasiya Akademiyasının 30 illiyi münasibətilə imzalanıb.

Milli aviasiya kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Dadaşov Fuad Həsən oğlu

Mahmudlu Firdovsi Ələddin oğlu.

Milli aviasiya kadrlarının yetişdirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Abdullayev Pərviz Şahmurad oğlu

Məcidova Valentina Qurban qızı

“Əməkdar mühəndis”

Musayev Aydın Ərəstun oğlu

Nəbiyev Rasim Nəsib oğlu

Nizamov Telman İnayət oğlu.

Oxşar xəbərlər