Məzmuna keç

Baş Nazir Əli Əsədov sərəncam imzaladı

Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib

Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən E-huquq.az-a verilən xəbərə görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

R. Məmmədov buna qədər İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.