Məzmuna keç

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi – SƏRƏNCAM

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi

Prezident İlham Əliyev "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.