Türkiyə MİT PKK/YPG-nin daha bir məsul şəxsini zərərsizləşdirib


  • 23 Noyabr 2023 12:17

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) PKK/YPG terror qruplaşmasının daha bir məsul şəxsini məhv edib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasını ağır silahlarla təmin edən Fahrettin Tolun zərərsizləşdirilib.

Məlumata görə, 1992-ci ildən etibarən Suriya, İran və İraqda terror təşkilatına ağır silahların tədarükü ilə məşğul olan terrorçu Tolun İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilib.

Terrorçu Rumeylan bölgəsində keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər

  • 30 Dekabr 2025 16:14
Prezident onu təltif etdi
  • 29 Dekabr 2025 21:30
Prezident fərman imzaladı
  • 29 Dekabr 2025 15:06
Prezident fərman imzaladı
  • 25 Dekabr 2025 18:14
Prezident fərman imzaladı
  • 25 Dekabr 2025 13:48
Prezident sərəncam imzaladı