İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edildi


  • 3 Fevral 2025 16:19

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin ştat vahidləri artırılıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3324 nəfərə çatdırılıb. Bunun 2641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.

Bundan əlavə, fərmanda “4494” rəqəmlərinin “5651” ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər

  • 30 Dekabr 2025 16:14
Prezident onu təltif etdi
  • 29 Dekabr 2025 21:30
Prezident fərman imzaladı
  • 29 Dekabr 2025 15:06
Prezident fərman imzaladı
  • 25 Dekabr 2025 18:14
Prezident fərman imzaladı
  • 25 Dekabr 2025 13:48
Prezident sərəncam imzaladı