Prezident: Azərbaycan İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir


  • 11:12

Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir.

E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanaldığı təbrik məktubunda qeyd edib.

"İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir", - məktubda qeyd olunub.

Oxşar xəbərlər