Ermənistanın BMT-dəki nümayəndəsi Quterreşlə Azərbaycanla münasibətləri müzakirə etdi


  • 07:54

Mayın 2-də etibadnaməsini BMT-nin baş katibi Antonio Quterreşə təqdim edən Ermənistan qurumdakı daimi nümayəndəsi Paruyr Hovhannisyan görüşdə Azərbaycanla sülh danışıqlarının hazırkı vəziyyəti barədə qarşı tərəfə məlumat verib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Paruyr Hovhannisyan BMT-nin Baş katibinə Ermənistanın "regionda davamlı sabitlik və sülh səyləri"ndən danışıb, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”dən bəhs edib.

O, sazişin artıq razılaşdırılmış mətninin təxirə salınmadan imzalanmasının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər