Batumidə Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olundu - FOTO


  • 09:10

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət sədri Sulxan Tamazaşvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumidəki Baş konsulu Fuad Əzizovla görüş keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Acarıstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Gürcüstanla Azərbaycan arasında mövcud ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

S.Tamazaşvili regionun turizm potensialı və infrastruktur layihələr barədə məlumatlar təqdim edib.

Görüşdə iki ölkə arasında mədəni, humanitar, iqtisadi və təhsil sahələrini əhatə edən strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Azərbaycanlı diplomatlarla Acarıstan MR-in mədəniyyət naziri Eliso Bolkvadze də görüşüb. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud əlaqələri, mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Sulxan Tamazaşvili Acarıstan MR-in hökumətinin başçısı vəzifəsinə bu ilin aprelin 7-də təsdiqlənib. O, bu vəzifədə aprelin 4-də istefa vermiş Tornike Rijvadzeni əvəzləyib.

Oxşar xəbərlər