- 10:49
Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb.
Nazirlər Kabinetindən e-huquq.az-a verilən xəbərə görə, Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Aleksandr Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.
Hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
***
Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.