- 16:57
“Heydər Əliyevin ən böyük şah əsəri, ən böyük xidməti bugünkü müasir müstəqil Azərbaycan dövlətidir”.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov parlamentin bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
O bildirib ki, Konstitusiya Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını özündə ehtiva edən ən mükəmməl qanunlar toplusudur: “Konstitusiya bugünkü inkişafımızı və eyni zamanda Azərbaycanın ən yüksək səviyyəli dövlətlər sırasında qərarlaşmasını təmin edən ali sənəddir. Mayın 10-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümüdür. O mənalı ömrünü Azərbaycanın bütün sahələrdə inkişafına həsr edib. Heydər Əliyevin ən böyük keyfiyyəti öz xalqını bütün varlığı ilə sevməsidir. O, vəzifədə olduğu bütün müddətdə öz xalqına sədaqətlə xidmət edib".
Şəbnəm Mehdizadə