"Sülh sazişi üzrə bir neçə istiqamətdə danışıqlar yekunlaşıb" - XİN başçısı


  • 12:29

"Sülh sazişinin mətni üzrə bir neçə istiqamət kontekstində danışıqlar yekunlaşıb".

E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var.

"Həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan Konstitusiyasından çıxarılması, o cümlədən heç bir əhəmiyyəti olmayan, tamamilə iflic vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Bu istiqamətdə izləyirik, təmaslar var. Ancaq bizim üçüm önəmli addımlar əhəmiyyət kəsb edir. Delimitasiya prosesi ilə bağlı bu il artıq bir neçə təmaslar olub. Delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə komissiyalar mövcuddur. İşlər davam edir və düşünürəm ki, orada təmaslar olacaq. Üçüncü istiqamət Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - deyə XİN başçısı qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər