Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişini müzakirə ediblər


  • 14 May 20:41

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüş keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Təmaslar zamanı Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərilən səylər kontekstində Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması və tamhüquqlu dövlətlərarası münasibətlərin qurulmasının mühüm rolu vurğulanıb.

Bundan əlavə, Ermənistan ilə Aİ arasında əməkdaşlığın strateji inkişaf perspektivləri və bu əməkdaşlığın prioritet sahələr üzrə daha da dərinləşdirilməsi istiqamətində birgə atılacaq addımlar müzakirə olunub.

Oxşar xəbərlər