- 16 May 18:02
Beynəlxalq aləmdə inamsızlıq böhranının aradan qaldırılması üçün ədalətli və əhatəli qlobal idarəçilik mexanizminin yaradılmasına ehtiyac var.
E-huquq.az xəbər verir ki, bunu Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Avropa İttifaqının öz müdafiə sənayesini inkişaf etdirməsinə dair səylərin faydalı olduğunu və bu səylərin NATO-nun mərkəzi rolunu aşındırmayacaq şəkildə, Aİ üzvü olmayan ölkələri də əhatə etməli olduğunu qeyd edib.
Ərdoğan Aİ-nin Türkiyə ilə Şengen vizasının tətbiqini nəzərdən keçirməsinin lazım olduğunu əlavə edib. O, Türkiyənin Avropanın enerji təchizatında önəmli rol oynadığını vurğulayıb.