- 17:05
"Ermənistan və Azərbaycan sülhə doğru addımlar atır".
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranda keçirilən “Tehran Dialoq Forumunda (TDF) çıxışı zamanı bildirib.
“Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə artıq hərbi müstəvi aradan qalxıb və iki ölkə əlaqələrin normallaşdırılması istiqamətində addımlar atır” - o qeyd edib.