Hikmət Hacıyev: Azərbaycan ilə İran arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub


  • 17:05

Azərbaycan ilə İran arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tasnim" agentliyinə müsahibəsində deyib.

Hacıyev forumun təşkilinə görə Tehrana təşəkkürünü bildirib və vurğulayıb ki, bu cür platformalar regional və beynəlxalq məsələlərin müzakirəsi üçün mühüm imkan yaradır:

“Bu toplantı çərçivəsində həm çoxtərəfli panellərdə, həm də ikitərəfli görüşlərdə fikirlərimizi bölüşürük. Cənab Prezident Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrə yeni nəfəs verdi. Bizim və İranlı həmkarlarımızın vəzifəsi bu əməkdaşlığı daha da irəli aparmaqdır.”

Oxşar xəbərlər