Məzmuna keç

Prezident: Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır

Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.

E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.

“Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, – deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.