Macarıstan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi


  • 27 May 20:30

Macarıstanın Respublikasının Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

E-huquq.az xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Mən şadam ki, son illər ölkələrimiz qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan geniş əməkdaşlığı inkişaf etdiriblər. Macarıstan üçün Azərbaycanla dostluq münasibətlərinin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız möhkəm təməl yaradır.

Sizi əmin edə bilərəm ki, Macarıstan siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqdir.

Xahiş edirəm, dərin ehtiramımı qəbul edin".

Oxşar xəbərlər