Somali prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi


  • 29 May 20:37

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

E-huquq.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının qeyd olunduğu bu əlamətdar gün xalqınızın dəyanətinin, birliyinin, arzularının rəmzidir.

Somali Federativ Respublikası ölkələrimiz arasında münasibətləri səciyyələndirən səmimi əlaqələri və inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir.

Əminəm ki, Somali ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə dərinləşməkdə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər