Yunis Əl-Mənfi Prezident İlham Əliyevi təbrik etdi


  • 29 May 20:47

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

E-huquq.az xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çaldırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti və Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu bildirirəm.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı ifadə edir, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm".

Oxşar xəbərlər