BƏƏ Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi


  • 3 İyun 18:37

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub göndərib.

E-huquq.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləyirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər