- 18:17
Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.
E-huquq.az xəbər verir ki, bu fikirlər İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.
"Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir", - məktubda, həmçinin bildirilir.