- 17 İyul 23:06
Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə məktub göndərib.
E-huquq.az xəbər verir ki, bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb.
Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib.
Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.