- 13 İyun 20:05
Azərbaycan ilə İordaniya arasındakı münasibətlər bütün səviyyələrdə və sahələrdə güclü və dərindir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İordaniyanın PETRA xəbər agentliyinə müsahibəsində bildirib.
Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında yaxın və davamlı qarşılıqlı əlaqələri ikitərəfli əməkdaşlığın əsas təməli kimi qiymətləndirib.
Prezidentin köməkçisi, həmçinin ötən il Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullahın Bakıya səfərini və COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əhəmiyyətini vurğulayıb. O, görüşdə aparılan müzakirələri ikitərəfli əməkdaşlığın irəli aparılması üçün məhsuldar və mühüm addım kimi dəyərləndirib.
H.Hacıyev qeyd edib ki, hər iki ölkə beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qarşılıqlı maraq doğuran məsələlərdə, o cümlədən Fələstin məsələsində ortaq mövqe sərgiləyir.