Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq


  • 13 İyun 11:19

Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll etməyə çağırılıb.

"Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir",-məlumatda qeyd olunub.

Oxşar xəbərlər