Hikmət Hacıyev: Ermənistan nəqliyyat xətlərinin ayrılmaz hissəsi ola bilər


  • 14 İyun 13:48

Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı konkret addım atmağı gözləyir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

"Azərbaycan əraziləri işğal altında olduğu dövrdə biz əlaqələrin qurulmasını münaqişənin həlli prosesinin tərkib hissəsi kimi müzakirə edirdik. İndi isə münaqişə tam şəkildə həll olunub. Biz regionda təhlükəsizlik və sabitliyi tamamilə təmin etmişik. Ermənistan da regional dialoqun və əsas nəqliyyat xətlərinin ayrılmaz hissəsi ola bilər. Hazırda Ermənistanla bu istiqamətdə danışıqlar davam edir. Biz regionda heç bir ölkənin təcrid olunmasına və ya marjinallaşdırılmasına yol vermirik. Lakin Ermənistandan da müəyyən öhdəlik və addımlar gözləyirik",- o qeyd edib.

Oxşar xəbərlər