Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı - YENİLƏNDİ


  • 14 İyun 17:08

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Bu barədə e-huquq.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

***

16:56

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və İran arasında yaranmış gərgin vəziyyəti müzakirə etmək məqsədilə Azərbaycan və Misirli həmkarları ilə telefon danışığı aparıb.

E-huquq.az xəbər verir ki, bu barədə TASS agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, Hakan Fidan iyunun 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Bədr Abdel Atti ilə telefon danışığı keçirib.

Söhbət zamanı İsrailin İrana qarşı hücumu və regiondakı digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər