- 00:04
"Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün deyil".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 14-də iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığında bildirib.
C.Bayramov İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verib.
Həmçinin telefon danışığı zamanı münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.