- 18 İyun 20:19
Rusiya hökuməti rusların İrandan çıxarılmasında göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya XİN-i qurum rəhbəri Sergey Lavrov və onun həmkarı Ceyhun Bayramov arasında telefon danışığından sonra məlumat verib.
“Sergey Lavrov İrandan respublika ərazisindən keçməklə vətənə qayıdan Rusiya vətəndaşlarına göstərdikləri kömək və diqqətə görə azərbaycanlı tərəfdaşlarına səmimi təşəkkürünü bildirib”, - Rusiya XİN-inin bəyanatında deyilir.
Bundan əlavə, xarici işlər nazirləri gündəlikdəki cari məsələləri, o cümlədən Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Bundan əvvəl İran İsrailin Hayfa şəhərinin sakinlərini təcili təxliyə etməyə çağırıb. İyunun 17-də axşam saatlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İsrailə doğru ballistik raketlərin yeni dalğası atıldığından Təl-Əviv və Hayfa sakinlərinin təxliyyə edilməsi zərurətini elan edib.