- 22:14
Keniya Prezidenti Uillyam Samoei Ruto Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
E-huquq.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Keniya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Keniya ilə Azərbaycan arasında son iyirmi ildə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə inkişaf edən mehriban münasibətlər mövcuddur. Qarşılıqlı faydalı tərəfdaşlığımızın yeni sahələrində, o cümlədən ticarət və investisiyalar, təhsil, informasiya-kommunikasiya texnologiyaları, iqlim fəaliyyəti, enerji və digər istiqamətlərdə böyük potensial vardır. Ümidvaram ki, bu əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.
Fürsətsən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".