Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri yekunlaşdı - FOTO


  • 19 İyun 20:22

Qazaxıstanın Aktau şəhərində keçirilən "Caspian Breeze - 2025" hərbi dəniz təlimləri başa çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin iştirak etdiyi təlim uğurla sonlandırılıb.

Təlimlərdən sonra hər iki ölkənin ən yaxşı hərbi dənizçilərinə fəxri kuboklar təqdim olunub.

Təlimlər zamanı dənizçilər birgə manevr elementləri, axtarış-xilasetmə işlərinin təmin edilməsi, qorunmayan yolda asimmetrik təhlükələrin dəf edilməsi məsələləri üzərində işləyiblər.

Təxribata qarşı dəstəyin və hava hücumundan müdafiənin təşkilinə xüsusi diqqət yetirilib.

Qazaxıstan Hərbi Dəniz Qüvvələri Komandanının birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov qeyd edib ki, təlimlər 2015-ci ildən keçirilir:

"Təlimlər döyüş hazırlığının və ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha bir təsdiqi oldu. Qazaxıstanla Azərbaycan arasında dostluq və əməkdaşlıq ildən-ilə daha da möhkəmlənir".

Oxşar xəbərlər