Ayxan Hacızadə: İrandan 180 Azərbaycan vətəndaşı təxliyə olunub


  • 19 İyun 20:49

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə, İrandakı səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, İranı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər görülür:

"Bu günə olan məlumata əsasən, 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib və onlardan 180 nəfər artıq Azərbaycan ərazisinə daxil olub. İndiyə qədər 77 ölkədən daxil olan müraciətlər müvafiq qaydada nəzərdən keçirilir və həmin ölkələrin vətəndaşlarının keçidinə şərait yaradılır".

Nazirlik rəsmisi vurğulayıb ki, Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın xarici işlər nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər