- 15:58
"Azərbaycan Prezidentinin iştirakı ilə Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkmiş insanlar üçün inşa edilən "Azərbaycan" məhəlləsi yaşayış kompleksinin açılışı mühüm hadisə oldu".
E-huquq.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
"Azərbaycan qardaş Türkiyəyə yardım göstərən ilk müsəlman və türk dövləti kimi, bir daha öz həmrəyliyini nümayiş etdirdi. Eyni zamanda, açılış mərasimində Prezident İlham Əliyevə göstərilən böyük diqqət və hörmət onun şəxsi nüfuzunun, eləcə də Azərbaycanın beynəlxalq arenadakı yerinin göstəricisidir. Mərasim zamanı izdiham arasında "Qarabağ fatehi" şüarlarının səsləndirilməsi isə Prezidentin və Azərbaycanın təkcə Türkiyədə deyil, daha geniş coğrafiyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqlədi", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə