- 15:55
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Daa ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərini, eləcə də regional təhlükəsizlik sahəsində narahatedici vəziyyəti, xüsusilə İsrail və İran arasında artan gərginliyi müzakirə ediblər.
Tərəflər ticarət, kənd təsərrüfatı və balıqçılıq, yaşıl enerji və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.
Görüşdə, həmçinin, Azərbaycanın Afrika ölkələrində həyata keçirdiyi humanitar və inkişaf layihələri, o cümlədən təqaüd proqramları və səhiyyə təşəbbüsləri vasitəsilə qitədə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.