"Dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir"


  • 11:22

"Dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, belə bir dövrdə mövcud problemlərin həlli və qonşu, eləcə də müttəfiq dövlətlərlə münasibətlərin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir.

"Bu mənada Azərbaycan və qardaş Türkiyə arasında münasibətlərin inkişafı xüsusi rol oynayır. Bu yaxınlarda Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin salınması da bu münasibətlərin bariz nümunəsidir. Biz həm çətin, həm də xoş günlərdə bir millət, iki dövlət olaraq bir-birimizin yanındayıq. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətləri gələcəkdə daha da dərinləşəcək", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər