Ceyhun Bayramov BƏƏ xarici işlər naziri ilə regional təhlükəsizliyi müzakirə etdi


  • 24 İyun 17:47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BƏƏ-dən olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

XİN-dən e-huquq.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, problemlərin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər