Azərbaycan lideri İsraillə atəşkəsin əldə olunmasına görə İran Prezidentini təbrik etdi


  • 11:36

Prezident İlham Əliyev İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb.

E-huquq.az xəbər verir ki, dövlət başçısı bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

Oxşar xəbərlər