Səfərovların cənazələri yaxınlarına təhvil verildi - YENİLƏNDİ


  • 21:10

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verildi.

E-huquq.az xəbər verir ki, "Ural Hava Yolları” ilə gətirilən cənazələr əvvəlcə məhkəmə tibbi ekspertizasına göndəriləcək.

Bundan sonra oradan da məscidə aparılacaq.

***

21.03

Yekaterinburqda iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqını nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların cənazələri Bakıya gətirilib.

E-huquq.az xəbər verir ki, Səfərov qardaşlarının cənazələri bu gün günorta saatlarında Rusiyada ailələrinə təhvil verilib, sonra təyyarə ilə Bakıya göndərilib. Təyyarə 20:25-də Bakıya enib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Seyfəddin Hüseynli bildirib ki, Bakıda meyitlərin təkrar ekspertizası təşkil olunacaq.

“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda ata-anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, - o bildirib.

Oxşar xəbərlər