- 00:28
Qohum evliliyini qadağan edən qanun iyulun 1-dən qüvvəyə minir.
E-huquq.az xatırladır ki, Prezident İlham Əliyev 23 iyun 2024-cü ildə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.